Müğənni Elnarə Xəlilovanın sosial şəbəkədə istirahət günü paytaxtda yağan yağışla bağlı yazdığı sözlər müzakirələrə və tənqidə səbəb olub.
Mynews.az-ın məlumatına görə, sənətçinin “Qiyamət də bir gün belə gələcək. Onda da Fövqəladə Hallar Nazirliyini çağıracaqsız? Hər yanı sel yuyur aparır. Buna təbi fəlakət deyirlər. Allah da istəyir yusun günahlarımızı, su yetmir. Şikayət etməyin. Dua edin. Bunların hamısı xəbərdarlıqdır” sözlərini izləyicilər birmənalı qarşılamayıblar.
Elnarə ünvanına qarğış yazanlara sərt cavab verib:
“Allah şahidimdir ki, heç kimə bəddua etmədim. Etmərəm də... Hər kim mənə və evimə bəddua edir, ağzından çıxsın yaxasına yapışsın. Kim mənə nə arzu edirsə, onun min qatını Allah onun və evinin başına gətirsin. Yaxşını da, pisi də... Amin”.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub