Aparıcı-aktyor İlkin Həsəni həyat yoldaşı Ayseli ad günü münasibətilə təbrik edib.
Mynews.az-ın məlumatına görə, o, birlikdə olan fotolarını paylaşaraq bunları yazıb:
“Bilirsən, xoşbəxtlik səbəbi olmayan yeganə bir duyğudur... Sevirsən - xoşbəxtsən, sevilirsən - xoşbəxtsən, yaşayırsan - xoşbəxtsən. Bilirsən necə gözəl bir hissdir həmxasiyyət olmaq? Bəli, bilirsən! Bilirsən, necə gözəl bir duyğudur, biləndə ki, sən səhv olanda səni başa düşəcək biri var? Sənə dəstək olan, sevən, güvənən, sənə sən qədər yaxın olan biri... Bəli, bu insan sənsən. Doğum günün mübarək ağıllım. Həll edə bilmədiyimiz cəmi bir problemimiz qalıb, diş məcununu ortadan basıb sıxmaq problemi. Onu da növbəti 26 sentyabra kimi həll etsən, daha çox sevəcəm səni”.
Qeyd edək ki, İlkin və Aysel cütlüyünün Alisa adlı qız övladı var.

1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub