Ötən gün “Niyə?” filminin qala gecəsi baş tutub.
Mynews.az -ın məlumatına görə, gecəyə sənət aləminin tanınmış simaları qatılıb. Onlar arasında illərdir küsülü olan xalq artisti Aygün Kazımova, əməkdar artist Röya Ayxan və müğənni Natavan Həbibi də yer alıblar.
Uzun illərdir A.Kazımova və R.Ayxan küsülüdür. Bir ara barışan ifaçılar toy mərasimlərinin birində bir-birinə badə ataraq, yenidən qalmaqal yaşamışdılar.
A.Kazımova eyni zamanda N.Həbibi ilə də küsülüdür. İfaçılar arasındakı qalmaqal hətta məhkəməyə qədər gedib çatıb. Bir müddət əvvəl isə N.Həbibi barışıq addımı atmış, A.Kazımova bu jesti müsbət qarşılamışdı. İfaçılar açıqlamalarında barışdıqlarını desələr də, heç vaxt yan-yana gəlməyiblər. Qalada da müğənnilər yan-yana gəlməməyə çalışıblar.
R.Ayxanla N.Həbibi də uzun müddətdir danışmır. “W-trio” qrupunun keçmiş üzvləri açıqlamalarında bir-birinin ünvanına tənqidlər yağdırıb. R.Ayxan həmkarlarına “Bir vaxtlar mənə “çuşka” deyirdilər. İndi onlara baxın, mənə baxın. Hamısından yaxşı yerdəyəm” sözlərini demişdi. N.Həbibi isə “İndi də ona “çuşka” deyirik” cavabını vermişdi.
(Axşam.az)
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub