Əməkdar artist Tünzalə Əliyevanın "Bizimləsən" verilişində insanlardan kömək üçün pul yığması son günlər ən çox tənqid edilən mövzu olub.
Mynews.az-ın məlumatına görə, xərçəngdən əziyyət çəkən aktrisanın evinin kreditini ödəyə bilmədiyi və onun üçün pul yığdığı bildirilib. İnsanlar Tünzaləni xəstəliyindən istifadə edib pul yığmaqda qınayıblar.
Aparıcı Xoşqədəm Hidayətqızı "Səni axtarıram" proqramında aktrisaya söz atıb. O, əməkdar artist Baloğlan Əşrəfovun xəstəliyini xatırlayaraq bunları deyib:
"Baloğlan Əşrəfov əməliyyata gedəndə bilindi ki, o, xəstədir. Biz onun bir yalvarışını, göz yaşını görmədik. Dedi ki, əgər mən komaya düşməsəydim, köməyi də qəbul etməzdim.
Bura gələnlər xəstəlikdən əziyyət çəkir. Onların bizdən başqa üz tutacağı adamlar yoxdur. Hələ bir adam gəlib deməyib mənə ev verin. Əsas can sağlığıdır. Deyirlər ki, canım sağ olsun, başqa heç nə istəmirəm. Ona görə də hər zaman bu cür insanlara kömək lazımdır. Xoşqədəmə nəsə olsa, tanınan insandır ona biri kömək edəcək. Ona görə də, ehtiyacı olanların xəstəliyini işıqlandırmaq lazımdır".
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub