Aparıcı Zaur Baxşəliyevlə Xoşqədəm Hidayətqızı arasında illərdir davam edən qalmaqal bitmək bilmir.
Mynews.az-ın məlumatına görə, aparıcılar dəfələrlə verilişlərində ad çəkmədən bir-birinə söz atıb. X.Hidayətqızı “Səni axtarıram” proqramında əməkdar artist Tünzalə Əliyevanın evi üçün Zaurun “Bizimləsən”ində pul yığmasına söz atıb.
Zaurun ona cavabı gecikməyib. Aparıcı proqramında ad çəkmədən bunları deyib:
“Tünzaləylə bağlı söz-söhbət səngimir. Tünzaləyə verilişimizdə olunan bu dəstəyə qısqanclıqla yanaşırlar. “Niyə məhz bura gəldi” deyib, qısqanırlar. Bundan başqa formada istifadə etməyə çalışırlar. Buna əhəmiyyət vermirik. Dəyirman öz işini görər, çak-çak baş ağrıdar. Biz dəyirmanıq işimizi görürük. Çak-çaklar hər zaman var. Tünzalənin yanında olmaq lazımdır. Tünzalə xərçəng olmasa da, verilişə gəlib, xalqına evi üçün səslənəcəkdi. Kanallarda bu cür verilişlər var və hər cür insan ora müraciət edir. Niyə Tünzalənin gəlişi təsir edir onlara?”.
Zaur daha sonra X.Hidayətqızının proqramı haqda dediyi “Teleməkanın bir nömrəli verilişi” sözlərinə də cavab verib:
“Biz özümüzə “birinciyik, reytinqli, uğurluyuq” deyə bilmərik. Bizim üçün birinci olan mayaklar var. Bizim birinci olmağımıza çox var. Qarşımızda dövlət televiziyasının bizə bağışladığı möhürlənmiş şəxsiyyətlər var”.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub