Xəbər verdiyimiz kimi, xərçəngdən əziyyət çəkən əməkdar artist Tünzalə Əliyeva “Bizimləsən” verilişinə qatılaraq yardım istəyib.
Mynews.az-ın məlumatına görə, aktrisa xəstəlik ucbatından çalışa, evinin kreditini ödəyə bilmədiyini deyib. “Toppuş bacı” ləqəbli aktrisa bildirib ki, 60 min borcu var.
Aparıcı Zaur Baxşəliyev isə Tünzalə üçün xeyriyyə marafanonu başlayıb. Ötən gün proqramda aktrisa üçün toplanan məbləğ açıqlanıb. Belə ki, Tünzalə 53 700 manat pul toplanılıb. Zaur onun evinin kreditini bitirməsi üçün 6300 manat pul qaldığını açıqlayıb.
Qeyd edək ki, T.Əliyevan proqramda insanlardan krediti üçün pul toplaması sosial şəbəkədə tənqid hədəfinə çevrilib. Hər kəs aktrisanı buna görə qınayıb.
T.Əliyeva “Mənə görə o qədər adama söz dedilər ki... Mənim tərəfimi tutanlara nələr deyirlər. O sözlərin hamısını beynimdən, ürəyimdən kənara atıram. Ailəmi çox incitdilər. Bağladıq ağzımızı, dözdük”.
1
12 yaşlı oğlan yanğında öldü
856 dəfə oxunub
2
“Qalatasaray”ın qapıçısını fitə basdılar, ağladı - VİDEO
847 dəfə oxunub
3
Bu məktəblər distant tədrisə keçir
827 dəfə oxunub
4
"Son zəng" tədbiri ilə bağlı VACİB XƏBƏR
800 dəfə oxunub
5
Aztəminatlı əhali üçün qaz təchizatı əlçatan deyil: Azəriqaz niyə problem yaradır? - ARAŞDIRMA
788 dəfə oxunub