Müğənni Səidə Sultan sosial media hesabındakı statusu ilə diqqət çəkib.
Mynews.az xəbər verir ki, ifaçı ölkədə və cəmiyyətdə baş verən hadisələrdən gileylənərək, etirazını ifa edib.
“Biz bu gedişlə hara gedirik? İnsanlar aqressivləşib, “Instagram”a girmək olmur, adam iyrənir. Doğmasına əl atan oğraşlar haqqında yazılarla tez-tez rastlaşırıq.
Müqəddəs yerini qorumayan kişiciklərin sayı çoxalıb. Çoxları da yerini bilmir, həddini aşır.
Onlara da yerlərini göstərməyib dəstək verənlərin sayı çoxalıb.
Avtobuslarda yer üstündə bir-birini didən insanlar, dərman atıb “kayfa düşən” taksi, avtobus sürücüləri çoxalıb.
Boş-boş, mənasız, maraqsız söhbətlər, yazılar çoxalıb. Kişilərin qadınların haqqını əzməyi çoxalıb.
Musiqimizi zövqsüz edib, insanların zövqünü pozan müğənnilərin sayı çoxalıb.
Özünə qiymət qoyub özünü satan qadınlar, pula görə şərəfini, mənliyini satanlar çoxalıb.
Pul naminə “Instagram”da kökü bəlli olmayan insanların reklamını yayanların sayı çoxalıb.
Nə isə sübut edirmiş kimi, xalqa özlərini adam kimi sırıyan şou əhlinin sayı çoxalıb. Allahı unudub caduda təsəlli tapanlar çoxalıb.
Mədəniyyətsiz insanlar, özlərindən xəbəri olmayan, ona-buna söz atan, haqqına girən şərəfsizlərin sayı çoxalıb. Əri ola-ola min hoqqadan çıxan qadınların sayı çoxalıb”, - deyə Səidə bildirib.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub