Xəbər verdiyimiz kimi, Bakı Lift-Təmir İstehsalat Birliyinin rəisi Qüdrət Şükürov bu gün vəzifəsindən azad edilib.
Mynews.az-ın məlumatına görə, Qüdrət Şükürov mediada daha çox bloqqer qızı Aysel Şükürovaya etdiyi dəbdəbəli toyla gündəmə gəlib. Missiya.az saytının əməkdaşı Ayselə “Atanızın və əminizin işdən çıxarılmasına münasibətiniz necədir” sualını ünvanlayıb. Bloqqer isə jurnalisti ağır sözlə təhqir edib.
O, “salam, zəhmət olmasa s...!” yazandan sonra jurnalistə belə də paylaşmağı məsləhət görüb.
Qeyd edək ki, Ayselin toyuna 400 min pul xərclənmişdi. Q.Şükürov da həmin xəbərdən sonra tənqid edilmişdi. Aysel özü də toy xəbərindən sonra bloqqer kimi tanınmağa başladı.

1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub