Müğənni Nura Suri ilə rəqqasə Oksana Rəsulova arasındakı qalmaqal daha da böyüyüb.
Mynews.az-ın məlumatına görə, Oksana "Hər şey daxil" verilişinə qonaq olub. Həmin zaman Nuranın rəqqasə ilə bağlı yazdığı status təqdim edilib. Oksana onun hamiləlik xəbərini yayan müğənninin Nura olduğunu demədiyini bildirib.
Efirə zəng edən Suri isə rəqqasəyə sərt reaksiya verib. Nura ilk olaraq efirdə adının çəkilməsinə etirazını bildirib. Daha sonra isə yazdığı statusda Oksananın adını çəkmədiyini bildirib. O, həmin sözləri rəqqasəyə ünvanladığını danıb:
"Məndən nə istəyirsiz? Kim harda nə yazıb mən nə bilim?".
Oksana isə "X maqazin"də dediyi "Bir müğənni işlədiyi jurnalistə deyib, o da mənim hamiləlik xəbərimi yayıb" sözlərində Nuranın adını çəkmədiyini söyləyib:
"Soğan yeməmisən için niyə göynəyir? Niyə özünə götürürsən sözü? Get, maqazinə bax, sonra danış".
Veriliş zamanı sənətçilər arasında gərgin anlar yaşanıb.
1
Bu gün I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçiriləcək
457 dəfə oxunub
2
Tanınmış musiqiçinin azyaşlı oğlu faciəvi şəkildə həlak oldu - FOTOLAR
447 dəfə oxunub
3
Sabahın hava proqnozu açıqlanıb
438 dəfə oxunub
4
Ebola böhranı dərinləşir: yoluxma və ölüm sayı artır
381 dəfə oxunub
5
BakıKart kartlarının qiyməti qaldırılır - Bu qiymətə olacaq
359 dəfə oxunub