Müğənni Rəqsanə İsmayılova yenidən ana olub.
Mynews.az xəbər verir ki, bu haqda axşam.az-a sənətçinin mətbuat katibi deyib. Əkizləri dünyaya gələn Rəqsanənin sözlərini olduğu kimi təqdim edirik:
"Çox çətin bir dönəm oldu. Düzdür, mətbuatda ana olmağımla bağlı xəbər yayılmışdı. Amma həmin zaman ana olmamışdım. Hazırda ana oldum. Allahıma şükür edirəm və hər kəsə valideyn olmağı arzu edirəm.
Sadəcə, uşaqlar üç ay tez doğuldu. Hazırda əkizlər şüşə altında saxlanılır. İki ay bu cür davam edəcək.
Reanimasiyadan yeni çıxmışam. Həyat yoldaşım bu haqda çox danışmağımı istəmir. İnşallah, bir az özümə gəlim işlərimə qayıdacam".
Qeyd edək ki, bu, Rəqsanənin ikinci nikahıdır. O, Rusiyada yaşayan iş adamı Fazil bəylə ailəlidir. Sənətçinin Aysun və Yağmur adlı iki qızı da var.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub