"Rəhmətlik həyat yoldaşım şəhid olanda 24 yaşım var idi. Uşaq da 1 yaş 8 aylıq idi. Nə çəkdiyimi təsəvvür etməyin".
Mynews.az axşam.az-a istinadən bildirir ki, bu sözləri əməkdar artist Aybəniz Haşımova sosial şəbəkədə yazıb.
İntihar hadisələrinə münasibət bildirən müğənni həyatı ilə bağlı xatirələrini bölüşüb:
"Həyat yoldaşım dünyasını dəyişəndə ağlamaqdan əsəblərim pozuldu, amma heç kim bilmədi. Evimdə satılacaq heç nəyim qalmamışdı, yenə dözürdüm. Heç bunları dərd etmirdim. Elə olurdu ki, çörək almağa bir manatım belə olmurdu, amma dözürdüm. Düşünürdüm ki, hər şey yaxşı olacaq. Bir gün ağlamaqdan səsim batdı. Yenə susdum.
Heç vaxt özümə qəsd etməyi düşünmədim, uşaqlarımı ortada qoyub qaçmaq niyyətində olmadım. Bu nə biabırçılıqdır? Bir şey olmamış özlərinə qəsd edirlər".
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub