Müğənni Günel Ələkbərovanın aparıcı Zaur Kamalla küsülü olduğu ortaya çıxıb.
Mynews.az bildirir ki, bu haqda sənətçi sosial şəbəkədə yazıb. Zaurun "5/5" proqramında rəqqasə Oksana Rəsulovaya övladının soyadını və atasının adını soruşduğu görüntü sosial şəbəkədə paylaşılıb. Günel isə videoya şərh yazaraq, Zaurun bu addımına əsəbiləşdiyini söyləyib:
"Adama deyərlər sənə nə? Hansı amil səni məcbur edir ki, camaatın uşağının atasının kim olduğunu soruşursan? Səndən ailəni soruşan var? Bəsdir, başını başqasının həyatına soxdun. Oksana yeni ana olub. Əsas yaxınları, doğmaları bilir ki, atası kimdir. Reytinqini başqa şeylə tut. İnsanların şəxsi həyatına qarışma. Yoxsa mənim uşağımın atası kimi studiyaya gələr. Gərək onda mənə də "Uşağının atası kimdir" sualını verəndə mikrofonu başına çırpardım".
Oksana isə Günelin şərhinə "Tərbiyyə başqa şeydir" cavabını yazıb.
1
12 yaşlı oğlan yanğında öldü
856 dəfə oxunub
2
“Qalatasaray”ın qapıçısını fitə basdılar, ağladı - VİDEO
847 dəfə oxunub
3
Bu məktəblər distant tədrisə keçir
827 dəfə oxunub
4
"Son zəng" tədbiri ilə bağlı VACİB XƏBƏR
800 dəfə oxunub
5
Aztəminatlı əhali üçün qaz təchizatı əlçatan deyil: Azəriqaz niyə problem yaradır? - ARAŞDIRMA
788 dəfə oxunub