Xəbər verdiyimiz kimi, Nəsimi adına Dilçilik İnistitutu “Musiqi ifaçıları və ədəbi dil normalarının gözlənilməsi” mövzusunda monitorinq keçirib.
Mynews.az-ın məlumatına görə, bir çox məşhurların mahnı oxuyarkən və efirdə danışarkən ədəbi dil qaydalarını pozduğu bildirilib. Siyahıda əməkdar artist Elnarə Abdullayevanın da adı yer alıb.
"Zaurla Günaydın" verilişinə qonaq olan xanəndə iradları qəbul etməyib və buna əməl etməyəcəyini söyləyib:
"Siyahıda Brilliant Dadaşovanın da adı var. Bakılıdır və bu ləhcə ilə danışır. Pisdir? Türkiyədə efirdə bölgə ləhcəsi ilə danışırlar. Bizim kəntdə necə danışırlarsa, elə danışıram da. Kimin haradan gəldiyi bəlli deyilsə, yaxşı deyil.
Mən niyə durub obraza girməliyəm? Belə danışıram. Özümüzə aid danışıq dilimiz var. Oxuyanda belə oxumuram ki... Mənə 20-30 yaşından sonra heç kim deməyəcək ki, belə danış. Dilçilik İnistitutu olmur, kim olur olsun, danışığımı dəyişə bilməz. İstəmirsiz, efirlərə gəlmirəm. Mən kiməmsə, oyam. Orada işləyənlər özləri ləhcə ilə danışırlar. Niyə sən öz ləhcəni dəyişmirsən, mən dəyişim?".
1
Bu gün I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçiriləcək
457 dəfə oxunub
2
Tanınmış musiqiçinin azyaşlı oğlu faciəvi şəkildə həlak oldu - FOTOLAR
447 dəfə oxunub
3
Sabahın hava proqnozu açıqlanıb
438 dəfə oxunub
4
Ebola böhranı dərinləşir: yoluxma və ölüm sayı artır
381 dəfə oxunub
5
BakıKart kartlarının qiyməti qaldırılır - Bu qiymətə olacaq
359 dəfə oxunub