Bir müddətdir müğənni Gülay Zeynallı ilə boşanma xəbəri yayılan fitnes məşqçisi Kamil Zeynallı açıqlama verib.
Mynews.az xəbər verir ki, “X maqazin”ə danışan Kamil evlilik həyatının davam etdiyini bildirib. İnstaqramda nə üçün Gülayla bir-birini izləmədiklərinə aydınlıq gətirən məşqçi, nəinki həyat yoldaşını, heç kimi izləmədiyini deyib:
“Ailə vəziyyətim əladır, heç olmadığı kimi. Həyatımızı İnstaqram üzərində qurmamışıq ki... Mən özüm heç kimi izləmirəm, sıfır olub. Gülay məni izləyəndə də onu izləmirdim. Onun dəxli yoxdur axı. Heçnə İnstaqramla ölçülmür.
Şükür hər şey qaydasındadır. Həyatımızı yaşayırıq, qızımız dərsə gedib gəlir. Səhər aparıram, axşam götürürəm. Dedi-qodu həmişə olub”.
Qeyd edək ki, Kamil və Gülay 8 ildir ailəlidir. Onların bu evlilikdən Sahilə adlı bir qız övladı var.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub