ARB TV-də əməkdar artist Mehriban Xanlarovanın aparıcılıq etdiyi “Canım sizə desin” adlı proqram yayımını dayandırıb.
Mynews.az yenicag.az-a istinadən xəbər verir ki, aktrisa açıqlamasında bu səbəbdən sarsıntı keçirdiyini bildirib:
“Əsəbdən partlayıram. Bilmirəm, bunlar məndən nə istəyir. Şou veriliş idi, formata uyğun hərəkət etmişəm. Məni o həddə çatdırıblar ki, canım qədər sevdiyim Azərbaycandan getmək istəyirəm. Küçədə üzümə söz deyə bilməyən insanlar arxamca ağızlarına gələni danışıb, təhqirlər səsləndirirlər. “Təhminə və Zaur” serialında çəkilirəm. Belə çıxır ki, orada dodağım kişinin dodağına dəysə, bu camaat məni topa tutar ki, mentalitet var. Axı mən aktrisayam. Niyə çörəyə bais olurlar? Onda qazın qəbrimi, məni diri-diri basdırın”.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub