Xalq artisti Səməd Səmədov “Şou ATV” verilişinin qonağı olub.
Mynews.az-ın məlumatına görə, sənətçi 1995-ci ildə dünyasını dəyişən oğlu Emindən danışıb:
“Mən xoşbəxt insanam ki, Bakıda, Bakının kəndlərində, rayonlarda əziyyətlə məclislər aparmışam. Bir tərəfdən bəxtəvərəm, bir tərəfdən də cavan oğlumu itirmişəm. Başım toylarla, məclislərlə məşğul idi. Ayda 27-28 toy oxuyurduq. Başımız toylardan ayılmırdı. Mənim imkanım olmadı oğluma dəstək olum. Oğlum dünyasını dəyişdi. Özümü çox pis hiss etdim.
Uşaq polisdə işləyirdi. 24 yaşı var idi. Axşam içkili insanlara rast gəlib. Görüb davadır, gəlib ki, onları ayırsın. Keçmişə qayıtsaydım, o da mənim yolumla gedərdi, mənim kimi müğənni olardı. Hər atanın arzusu odur ki, övladı yaxşı, rahat yaşasın. Ola bilərdi mənim yolumla gələrdi”.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub