"Etiraf edəcəm, yenə söz-söhbət yaranacaq. Sevdiyim müğənninin konsertinə gedirəm. Azərbaycana gələn qonağın konsertinə getmirəm. Türkiyədə konsert verəndə oradakılar gəlir mənim konsertimə? Nə qədər konsert vermişəm Türkiyədə, kimsə gəlib gül verib?".
Mynews.az-ın məlumatına görə, bu sözləri müğənni Roza Zərgərli "Lider Maqazin"ə açıqlamasında deyib. Sənətçi xaricdən gələn müğənnilərin konsertinə gedən yerli ifaçıları qınayıb:
"Heydər Əliyev Sarayında İqor Krutoyun yaradıcılıq gecəsinə 500 manata bilet alıb getmişdim. Bir çox müğənnilər var idi. Murad Bozun konsertinə gedəcəm. Sibel Canın konsertinə getmərəm, çünki səhnədə "aferistlik" edir. Zil yerləri oxumur, vokalçılar oxuyur. Bizimkilər onu paylaşıb, sənətkar deyir. Nə sənətkar? Bizimkiləri zibil edir, onları qaldırırlar".
Roza "Niyam Salami ilə Kərim Abbasov Yıldız Tilbeyə yaxınlaşıb gül vermək istəyiblər. Deyiblər ki, sənətçiyik. Yıldız da deyib ki, nə olsun, böyük adamsınız" sualına belə cavab verib:
"Kərimlə Niyama bu da azdır. Onlar ölkəsinə gələn sənətkara mədəniyyət göstərmək istəyiblər. Gedib o gülə verilən 300 manatı xeyriyyə tədbirinə verərdiniz. Yıldız Tilbe ömür boyu xaric oxuyub. Halil Sezai də eyni... Bizimkilər də hamısı "İsyan" oxudu. Xatirə də oxudu".
1
Bu gün I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçiriləcək
457 dəfə oxunub
2
Tanınmış musiqiçinin azyaşlı oğlu faciəvi şəkildə həlak oldu - FOTOLAR
447 dəfə oxunub
3
Sabahın hava proqnozu açıqlanıb
438 dəfə oxunub
4
Ebola böhranı dərinləşir: yoluxma və ölüm sayı artır
381 dəfə oxunub
5
BakıKart kartlarının qiyməti qaldırılır - Bu qiymətə olacaq
359 dəfə oxunub