"Roza bunu gündəmə gəlmək üçün edir" Namiqdən iddia - VİDEO

854
"Roza bunu gündəmə gəlmək üçün edir" Namiqdən iddia - VİDEO

“O cümləni qura bilmərəm ki, mən gəlirəmsə, başqa meyxanaçı gəlməsin. Lap tutaq ki, şərt qoymuşam, bunu şişirtmək düz çıxmır. Birdən-birə Roza Zərgərli "Nizamipərəst" oldu. Gündəm bu qədərmi müqəddəs şeydir ki, rahat-rahat münasibətləri pozmaq, hər şeyi tapdalamaq olar ki, bizi göstərsinlər, bizdən danışsınlar?”.

Mynews.az-ın məlumatına görə, bu sözləri meyxanaçı Namiq Qaraçuxurlu “ATV maqazin onlarla”ya açıqlamasında müğənni Roza Zərgərli haqda deyib.

“Roza xanım da gözəl bilir ki, bunu gündəmə gəlmək üçün edib. Tamaşaçıların da rəylərindən göründü ki, birmənalı şəkildə bunu nə üçün etdiyini anlayıblar. Yəni mən şərt qoymamışam ki, bu olsa gələrəm. Demişəm gəlmirəm. Səbəb soruşub. Demişəm ki, filan aparıcı bir neçə gündür xahiş edir ki, meyxanaçılarla birgə verilişə çıxın. Mən imtina etmişəm. Sizin verilişə gəlsəm, inciyəcəklər.

Roza bundan sonra mənə deyir ki, iki gündür səninlə danışmaq istəyirəm, danışa bilmirəm. İki gün öncə danışa bilsəydim, digərlərini yox, tək səni çağırardım. Deməli, iki gün öncə danışsaq, mən qoysam ki, tək gəlirəm razılaşacaqdı. Sizin verilişə çıxıb deyir ki, şərtlə işləmirəm.

Məhz o verilişə gəlməməyimin səbəbi o idi ki, bundan öncə də Nizami Rəmzi adı çəkəndə demişdim belə bir veriliş hazırlansın mən orda danışım. Çünki danışılası çox sözlər var.

Sadəcə başqalarına imtina etmişdim, ora getməyim doğru olmazdı. Səbəb bu idi. Yenə də deyirəm bu yalnız onun özünə xidmət edir. Amma münasibətə xələl gətirməyə dəyməzdi. Şişirtmək məntiqsizdir”.

Qeyd edək ki, ikili arasındakı gərginliyin səbəbi Namiqin Rozanın verilişinə gəlməyə razı olmamasıdır.

Xəbər lenti