Müğənni Roza Zərgərli ilə meyxanaçı Namiq Qaraçuxurlu arasındakı qalmaqal daha da böyüyüb.
Mynews.az-ın məlumatına görə, Roza "Bakı vaxtı ilə" proqramına meyxanaçını qonaq dəvət edib. Namiq isə getməyib. Zərgərli isə ondan inciyib və onun ünvanına sərt sözlər deyib.
Daha sonra isə Qaraçuxurlu məsələyə münasibət bildirərkən, Rozanın özünü onunla reklam etməyə çalışdığını söyləyib.
R.Zərgərlini Namiqin bu ifadəsi özündən çıxarıb. Müğənni meyxanaçını təhqir edib:
"Kimsə deyir ki, Roza özünü reklam edir. Roza Zərgərlinin reklama ehtiyacı yoxdur, əzizim. Qadınlarla özünü sən reklam edirsən, mən yox".
Qeyd edək ki, Namiq "ATV maqazin onlarla" verilişində Rozanın ünvanına “Roza xanım da gözəl bilir ki, bunu gündəmə gəlmək üçün edib. Tamaşaçıların da rəylərindən göründü ki, birmənalı şəkildə bunu nə üçün etdiyini anlayıblar. Yəni mən şərt qoymamışam ki, bu olsa gələrəm. Demişəm gəlmirəm. Səbəb soruşub. Demişəm ki, filan aparıcı bir neçə gündür xahiş edir ki, meyxanaçılarla birgə verilişə çıxın. Mən imtina etmişəm. Sizin verilişə gəlsəm, inciyəcəklər" sözlərini deyib.
1
Bu gün I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçiriləcək
457 dəfə oxunub
2
Tanınmış musiqiçinin azyaşlı oğlu faciəvi şəkildə həlak oldu - FOTOLAR
447 dəfə oxunub
3
Sabahın hava proqnozu açıqlanıb
438 dəfə oxunub
4
Ebola böhranı dərinləşir: yoluxma və ölüm sayı artır
381 dəfə oxunub
5
BakıKart kartlarının qiyməti qaldırılır - Bu qiymətə olacaq
359 dəfə oxunub