Mərhum repçi Anar Nağılbazın oğlu Tamerlanın 10 yaşı tamam olub.
Mynews.az-ın məlumatına görə, paytaxtdakı məkanlardna birində keçirilən ad gününə Nağılbazın həmkarlarından yalnız Ramil Nabran qatılıb. Repçinin keçmiş həyat yoldaşı Anjelika Cəbiyeva əməkdaşımızla söhbətində bildirib ki, təmtəraqlı ad günü keçirmək istəmədikləri üçün yalnız sosial şəbəkə vasitəsilə hamIya ümumi dəvət göndərib:
"Mən geniş ad günü keçirmək istəmirdim. Sadəcə, "İnstagram"da yazdım ki, kim istəsə, gələ bilər. Yalnız Ramil Nabran gəldi, Tamerlanı təbrik etdi. Gələnə də, gəlməyənə də təşəkkür edirəm".
A.Cəbiyeva A.Nağılbazın valdieynləriylə münasibətinə də toxunub:
"Atası Rizvan müəllim gəlib nəvələrinə baş çəkir. Bu yaxınlarda gəlmişdi. Nəvələrinə telefon, planşet, paltarlar aldı. Münasibətimiz pis deyil, salamlaşırıq".
Qeyd edək ki, A.Nağılbaz bu ilin avqust ayının 4-də vəfat edib.
1
Bu gün I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçiriləcək
457 dəfə oxunub
2
Tanınmış musiqiçinin azyaşlı oğlu faciəvi şəkildə həlak oldu - FOTOLAR
447 dəfə oxunub
3
Sabahın hava proqnozu açıqlanıb
438 dəfə oxunub
4
Ebola böhranı dərinləşir: yoluxma və ölüm sayı artır
381 dəfə oxunub
5
BakıKart kartlarının qiyməti qaldırılır - Bu qiymətə olacaq
359 dəfə oxunub