Roza Zərgərli: Termometri qırıb civəni sovurdum ki, ölüm FOTO - VİDEO

1250
Roza Zərgərli: Termometri qırıb civəni sovurdum ki, ölüm FOTO - VİDEO

“Altın Kelebek” müsabiqəsinə namizədliyi çərçivəsində müğənni Roza Zərgərli “Böyük dəyişim” proqramında həyatı barədə danışıb.

Mynews.az xəbər verir ki, verilişdə ifaçının bir neçə dəfə ölümdən döndüyünü bildirilib.

“İlk dəfə atası və anası TV-i izləyərkən gizlincə mətbəxə keçib və oradakı qidanı yeyib. Bundan zəhərlənən Roza 9 gün komada qaldıqdan sonra kliniki ölüm keçirib. Morqa aparılıb. Daha sonra atasına xəbər verilib ki, qızınız ölüb. Atası qızının meyitini Tovuza gətirəcəyini deyib”, - deyə Rozanın yaxınları danışıblar.

Müğənni isə başına gələn hadisəni belə nəql edir:

“Həmin qidadan atam da, anam da yemişdi. Onlara heç nə olmamışdı. Ancaq mən zəhərlənmişdim. Yatdığımı xatırlayıram, oyananda isə morqda idim, hər tərəf bəyaz rəngdə idi”.

 

 

Roza Zərgərlinin ikinci dəfə ölümlə üzləşməsi isə bacısı və qardaşı ilə eyni avtomobildə qəzaya düşməsi zamanı baş verib.

“Rozanın əkiz bacısı var idi. Qardaşı maşın sürərkən onlar ön oturacaqda oturmaq üstündə mübahisə ediblər. Amma nəticədə ön sıraya Roza keçib. Yolda isə qəzaya düşüb. Bu zaman Rozanın arxada olan əkiz bacısı vəfat edib”, - deyə məlumatda bildirilir.

“Rayona getmişdim. Oradakı qızlar başında ləyən, iki əllərində də vedrə ilə gəzirdilər. Mən dedim ki, bu hərəkəti təkrarlayacağam, amma edə bilmədim. Arx var idi, həmin arxa yıxıldım. Başımı çölə çıxarıb “Nənə”, “baba”, - deyə çağırırdım. Daşlar bədənimə batmışdı. Məni süni nəfəs verərək ayıltdılar. Nə qədər su qaytardım”, - deyə Roza üçüncü dəfə ölümlə üzləşməsindən danışarkən deyib.

 

 

Roza civə içməsindən də danışıb:

“Evdə termometri qırıb, civəni sovurdum ki, ölüm, amma bu, baş vermədi”.

Daha sonra evliliyindən söhbət açan müğənni 5 il evli qaldığı həyat yoldaşı ilə fikirlərinin bir-birlərinə uyğun olmadığını söyləyib:

“O, məni, içimdəki musiqi həvəsini anlamırdı, fikirlərimiz ziddiyyətli idi, hazırda da danışmırıq”.

“Roza əkiz uşaqlara hamilə olanda onu döyüb, gecə səhərəcən çöldə qoyub. Səhər 6-da işə gedəndə qapını açanda Roza döşəməyə yıxılıb. Bu zaman qonşuluqda yaşayan rus qadının köməkliyi ilə onu xəstəxanaya aparıblar”, - deyə müğənninin yaxını bildirir.

 

 

“Birinci qızım Bənövşəni, sonra oğlumu dünyaya gətirdim. Çox böyük həcmdə qan itkisi yaşadım və əməliyyat olundum. Uşaqlar 12 saata dünyaya gəlmişdi. Özümə gələndə dedilər ki, uşağın biri yoxdur. O, cəmi bir neçə saniyə həyatda qala bilmişdi. Dedilər ki, sağ qalmağınız möcüzədir. Üz-gözüm qan içində idi, toz-dərmandan götürüb ağzıma doldurdum. Bir neçə saniyə sonra öləcəkdim, ancaq bu dəfə də alınmadı”, - deyə Roza növbəti ölümcül halından bəhs edərkən deyir.

Müğənni daha sonra övladlığa götürdüyü Natəvandan danışıb:

“Onu övladlığa götürdüyüm 7 il idi. Ad günü yaxınlaşırdı deyə, hansı hədiyyəni istədiyini soruşdum. O da dedi ki, anamın kim olduğunu, məni niyə atdığını bilmək istəyirəm. Mən o qadını tapdım, rus idi. Onları tanış etdim. Bir gün klip təqdimatından qayıdanda gördüm ki, Natəvan məni atıb, anası ilə gedib. Bu mənim üçün növbəti zərbə oldu. Həmin gündən sənətdən getdim, dostlarımın arasından itdim. Bir gün şəhərdə gəzərkən kiminsə “Mamıçka” deyə səsləndiyini eşitdim. Geriyə dönəndə gördüm ki, qızım və anasıdır. Qeyri-ixtiyarı diz çökdüm. Mənə elə gəldi ki, yer ayrılıb, içərisinə girmişəm. Biz barışdıq, mən onu başa düşdüm. Onu tək qoymadım. Hazırda iki nəvəm var, qızımın da gözəl ailəsi var”.

 

 

Övladlığa götürdüyü oğullarından söhbət açan Roza onlarla necə tanış olduğundan danışıb:

“Biz Corcla eyni filmə çəkilirdik. Çox xoşuma gəldi. Bir dəfə ondan soruşdum ki, anan harada işləyir. Dedi ki, anam yoxdur. Dedim, çox üzr istəyirəm, bilmirdim ki, vəziyyət belədir. Əsas odur ki, atan yanındadır, sənə arxa-dayaqdır. O, bu dəfə bildirdi ki, Roza xanım, mən uşaq evində böyümüşəm. Ona ilk sözüm “Sən mənim oğlumsan” cümləsi oldu. Corcu övladlığa götürəndə bilmirdim ki, qardaşı da var. Bir gün zəng gəldi ki, Corcun anası gəlib yanına və o, xəstə qadındır. Ona kömək edib, xəstəxanaya yerləşdirdim. Ruhi xəstə idi, uşaqlarından başqa heç kimi tanımırdı. Orada öyrəndim ki, Corcun Jerard adlı qardaşı başqa uşaq evində böyüyüb”.

 

 

Daha sonra uşaq evinə müraciət edən Roza Zərgərli Corcla yanaşı, onun kiçik qardaşını da övladlığa götürüb.

“Oğullarımın anası Leyla mənə dedi ki, səni tanıyıram, müğənnisən, adın da Leyladır. O, bunu mənə deyəndə şoka düşdüm, çünki adımın Leyla olduğunu bilən yox idi. Dedi ki, Jerard bir ay sonra sənə “ana” deyəcək, amma Corc deməyəcək. Elə oldu ki, Corc aşiq oldu, sevgilisi Sinemlə məni tanış edərkən qıza dedi ki, tanış ol, bu, mənim dünyalar gözəli anamdır”.

 

 

Daha sonra Leyla vəfat edərkən, oğlanlarını Zərgərliyə həvalə edib.

Xəbər lenti