ATV-də yayımlanan "Azərbaycanın səsi" yarışmasının dünənki efiri qalmaqalla yekunlaşıb.
Mynews.az məlumatına görə Elza Seyidcahan əvvəlcə münsif həmkarı İntiqam Kərimovla mübahisə edib. Ardınca xalq artisti Nazpəri Dostəliyeva həmkarlarını iştirakçılardan danışmağa çağırıb:
"Kimin nə olduğunu hamı bilir. Bura özümüzdən danışmağa gəlməmişik, xahiş edirəm, tamaşaçıya hörmətlə yanaşaq. Tələbələrimizi saymağa gərək yoxdur. Ona qalsa mənim də tələbələrim Rusiya və Türkiyədə birinci yer qazanıblar. Burda dediklərimizdənsə məşqlərdə uşaqlara akademik ifa öyrətməliyik".
N.Dostəliyevanın tənqidinə cavab verən E.Seyidcahan xalq artistini öz tələbəsi adlandırıb:
"Mənim birinci tələbəm məhz sizsiniz, Nazpəri xanım. Hətta sizə iki mahnı da vermişəm".
E.Seyidcahanın iddiasını kinayəli gülüşlə qarşılayan Nazpəri Dostəliyeva layihəni birdəfəlik tərk etdiyini açıqlayıb.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub