Türkiyəli aktrisa Neslihan Atagül Bakıya gəlib.
Mynews.az axşam.az-a istinadən xəbər verir ki, sənətçi “Altın kelebek” ödülləri ilə bağlı keçirilmiş tədbirdə jurnalistlərin suallarını cavablandırıb. Onun Bakıya səfəri 1 günlük planlanıb. Buna səbəb isə bu günlərdə aktrisanın iş qrafikinin sıx olmasıdır.
“Sabah burada ola bilməyəcəm. İstanbulda işlərim var. Amma kiçik bir video çarx çəkilib. Heç kimin haqqına girmək istəmirik. Namizədlərdən kim layiqdirsə, o da qazansın. Bura ikinci gəlişimdir. İnanılmaz qonaqpərvərsiniz. Çox təmiz və işıqlı şəhəriniz var. Qutabınızı bəyənirəm. Ən çox da ət qutabını. Amma şəhəri gəzmək imkanım olmur” deyə, aktrisa bildirib.
Qeyd edək ki, “Altın kelebek” ödüllərinin bu ilki Azərbaycandan namizədləri xalq artisti Aygün Kazımova, müğənnilər Günay İbrahimli, Dilarə Kazımova, Səmra Rəhimli, Aysel Əlizadə, Roza Zərgərli və Xatirə İslamdır. Dekabrın 2-də baş tutacaq konsertdə isə Türkiyəyə gedəcək 3 finalistin adı açıqlanacaq.
Ötən il əməkdar artist Röya Ayxan “Azərbaycanın parlaq ulduzu” nominasiyasında qalib olub.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub