Xəbər verdiyimiz kimi, "Altın Kelebek" mükafatlandırma mərasimi baş tutub.
Artıq bəzi qaliblərin adı məlumdur. Onlar arasında xalq artisti Aygün Kazımova da var.
O, "Azərbaycanda ilin qadın müğənnisi” mükafatına layiq görülüb.
Mükafatı sənətçiyə saç ustası Öndər Triyaki təqdim edib. Mükafatı alan A.Kazımova sözləri ilə zalda əyləşənləri güldürüb:
"Çox danışmayacam. İki dəfə namizəd oldum, amma ala bilmədim. Mənə səs verən və buraya gətirən həmvətənlərimə təşəkkür edirəm. Sizə də bu cür "kelebek" mükafatınız olduğu üçün çox sağ ol deyirəm".
Qeyd edək ki, sözügedən nominasiya üzrə namizədlər arasında Günay İbrahimli, Aysel Əlizadə, Dilarə Kazımova, Səmra Rəhimli, Xatirə İslam və Roza Zərgərli də olub. Lakin Kazımova Azərbaycanda keçirilən səsvermə nəticələrinə uyğun olaraq birinci kimi tədbirdə iştirak etmək hüququ əldə edib.
///Axşam.az
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub