Aysel Nazimin “Maşın şou”da qalıb-qalmayacağına tamaşaçılar qərar veriblər.
Mynews.az xəbər verir ki, A. Nazim şouda qalmaq üçün yetərincə səs toplaya bilməyib.
Tamaşaçıların 62,19 faizi onun layihəni tərk etməsinə səs verib.
Qeyd edək ki, A. Nazim layihədə qalacağı təqdirdə, böyük etimalla şoudan Ramil Nabranı uzaqlaşdıracağını demişdi.
00.03
“Maşın Şou. Hind Kinosu”nda səsvermə həmişə qalmaqalın müjdəçisi rolunda çıxış edir. İş ondadır ki, bu gün layihəni tərk etməyə namizəd Aysel Nazim olub.
Mynews.az xəbər verir ki, şounun qaydalarına əsasən, hər gün anonim səsvermə yolu ilə iştirakçılar layihəni tərk etməyə namizədi müəyyənləşdirirlər.
Əlbəttə ki, avto-qladiatorlardan kimin yaşayacağına tamaşaçılar qərar verirlər.
Əgər tamaşaçılar Aysel Nazimin qalmasına səs versələr, o, layihədən istədiyi iştirakçını çıxara biləcək.
Ranar Musayev bildirib ki, Aysel şouda qalsa, məhz onu cəzalandıracaq.
“Biz Aysel ilə tanışıq və dostluq edirik. Onunla həmişə zarafat etmişəm, lakin Aysel bu gün özünü qəribə aparmağa başladı. Belə nəticəyə gəlirəm ki, o, məni çıxarmağa çalışır”, - deyə o vurğulayıb.
Aysel Nazim isə Ranarın zarafatları barədə fikrini açıqlayıb:
“Heç kimə mənimlə zarafat etməyə imkan vermirəm. Mən Ranara üç dəfə xəbərdarlıq etmişəm, lakin o məni eşitmədi”.
Sizə müsahibənin videosunu təqdim edirik:
Qeyd edək ki, “Maşın Şou. Hind Kinosu”nun informasiya dəstəyi Baku.TV-dir.
1
İlham Əliyev 20 Yanvar şəhidlərinin xatirəsini yad etdi - FOTO
1004 dəfə oxunub
2
Metroda ölən 41 yaşlı Cavidin - FOTOSU
967 dəfə oxunub
3
Məşhur aktrisa bu xəstəlikdən əziyyət çəkir
959 dəfə oxunub
4
Həbsdən çıxan Elşad Xose danışdı: "Ötən gün..."
957 dəfə oxunub
5
Azərbaycanda alim vəfat etdi
935 dəfə oxunub