"Maşın" realiti-şousunda iştirakçılar arasında sorğu keçirilib. Onlara oyunun yayıma başladığı 15 il əvvəl harda olduqları və nə etdikləri soruşulub.
Mynews.az -ın məlumatına görə, iştirakçılar cavab verərkən kövrək anlar yaşayıblar.
"Televizorda müğənnilərə baxırdım və səhnənin xəyalını qururdum. Çox əziyyətlə gəlmişəm bu günlərə" deyən, Mina Hüseyn göz yaşlarını saxlaya bilməyib.
Xəyalə Quliyeva isə 15 il əvvəl "Çəkiram haa" verilişini hazırladığını söyləyib.
Allahverdi Yolçuyev isə ilk nəvəsinin dünyaya gəldiyini deyib: "Ən sevindiyim il olub. 15 il əvvəl ilk nəvəm dünyaya gəlib”.
Nazilə Səfərli də keçmişindən danışanda ağlayıb: "Həyat yoldaşımın maaşının azlığı işə başlamağa vadar etdi. Qonşudakı gəlinlərin "bir şirvan"a qaşlarını alırdım. Onunla uşaqlarımızı böyüdürdük”.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub