Dekabrın 21-i, “Maşın Şou. Hind kinosu”nun aparıcısı Murad Dadaşovun ad günüdür. Ancaq verilişdə “bayram əhval-ruhiyyəsi” hiss olunmurdu. Nə tort, nə də konfetti bu baxımdan vəziyyəti dəyişmədi.
Mynews.az xəbər verir ki, gizli səsvermədə iştirakçılar Mənsur Şərifi tamaşaçıların sərəncamına buraxdılar.
O isə öz növbəsində, kimin hədəf olduğunu tamaşaçılar və şou iştirakçılarından gizli saxlamadı. Azərbaycanlı “vayner” Sərxan Kərəmoğlunu özünə rəqib elan etdi. Yeri gəlmişkən Nazilə Səfərli kimi onun da adı iştirakçılar arasında gedən müzakirələrdə müntəzəm olaraq hallanırdı.
Sərxan Kərəmoğlu Şərifin onu rəqib seçməsinə emosional şəkildə reaksiya göstərdi. Bu qıcıq və əsəbilik əli maşın üzərində olan digər iştirakçılara da sirayət etdi.
Onların arasında yaşanan bu aqressiya elə həddə çatdı ki, şounun redaktorları söyüşlərin canlı efirə düşməməsi üçün səsi tez-tez kəsməli olurdu.
Söyüş söyənlər Səmra Rəhimli, Ramin Nabran, Xose Bernardo və Mənsur Şərif idi. Onları bir ümumi cəhət birləşdirirdi. Hər biri Sərxan Kərəmoğlunu susdurmağa çalışırdı.
Bunun gözəl göründüyünü demək olmaz. Bunun normal bir hal olduğunu demək olmaz. Təəssüflər olsun ki, bəzi iştirakçılar oyunu real həyatla qarışıq salır. Onun nəticəsi isə göz qabağındadır.
Üzünü tamaşaçılara tutan Mənsur Şərif Sərxan Kərəmoğlunun şounu tərk etməyinin vaxtı çatdığını bildirdi.
“Bu pərəstişkarların savaşı idi. Sərxan Kərəmoğlunun pərəstişkarları çoxluq təşkil etdi. Ona görə də mən indi gedirəm. Ancaq mən özümü məğlub hesab etmirəm. Mən açıq oynayırdım, və təmiz vicdanla layihədən ayrılıram”, - deyə Şərif sms səsvermə nəticələrinin elan olunmasından sonra bildirib.
Qeyd edək ki, M.Şərifin maşından “getməsinə” səsverənlər 51,88% təşkil edib.
Oyun gündən günə daha da sərtləşir, yeni qarşıdurmalara meydan olur. “Maşın Şou: Hind kinosu”nu tərk edəcək növbəti iştirakçının kimliyini bilmək üçün bu gün 22.00-dan etibarən ATV kanalına baxın.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub