Bakı-Gəncə sürət qatarı yolda dayanıb.
Mynews.az "Qafqazinfo”ya istinadən verdiyi xəbərə görə, hadisə qatar Bakı istiqamətində hərəkət edərkən Kürdəmir rayonu ərazisində səhər saatlarında baş verib.
"Azərbaycan Dəmir Yolları İdarəsi”nin mətbuat katibi Sevinc Qədirova açıqlamasında bildirib ki, hadisə elektrik xətlərində baş verən nasazlığa görə yaranıb. Problem qısa müddət ərzində aradan qaldırılıb. Qatar 8 dəqiqə gecikmə ilə Bakıya çatıb.
Qeyd edək ki, sözügedən qatarda Əməkdar artist Abbas Bağırov da olub. O, VİP vaqondan sosial şəbəkədə video da paylaşıb.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub