Araz FM-in əməkdaşı, tanınmış radio aparıcısı, aktrisa Aygün Akifin evinə oğru girib.
Mynews.az xəbər verir ki, bu barədə Aygün sosial şəbəkədə məlumat yayıb. O, talan olunan evin fotolarını paylaşaraq ikinci dəfə belə bir halın baş verdiyini qeyd edib:
“Günün gündüz çağı evimə basqın edib nə var, nə yox talayıb aparıblar. Polis və əməliyyatçılar gözləyir ki, vicdansız evdəkilərin başını kəssin. 102 xidməti nə üçün yaradılıb? Bu il ikinci dəfədir evimizi bu hala salırlar. Vallah, çox “rahat” və “hüzurlu” yatırıq. Sabah səsimiz gəlməsə, bilin ki, bizi öldürüblər. Sabaha çıxmağa ümidim yoxdur. Buna dözə bilmədim və paylaşdım. Vurulan maddi ziyan nə zamansa geri qayıdacaq. Amma mənim valideynim bir daha əvvəlki kimi olmayacaq”.
Radio aparıcısı modern.az-a açıqlamasında 30 min dollar dəyərində ziyana düşdüklərini bildirib: “30 min dollardan yuxarı ziyan dəyib. Hər şeyi çox rahat şəkildə yığışdırıb aparıblar”.




1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub