Dünyaca məşhur amerikalı aktrisa və müğənni Rihanna onun brendindən istifadə etdiyinə görə atasını məhkəməyə verib.
Mynews.az “RİA Novosti” agentliyinə istinadən xəbər verir ki, Rihannanın şikayət ərizəsində atasının “Fenty” brendindən istifadə edərək, milyonlarla dollar qazandığı bildirilib.
Tam adı Robin Rihanna Fenti olan aktrisa əlavə edib ki, atası Ronald Fenti onun yaratdığı “Fenty Beauty” və “Savage x Fenty” brendlərinin adından istifadə edərək, “Fenty Entertainment” şirkətini qurub. O, bir neçə dəfə atasından bu şirkətin adını dəyişdirməsini xahiş etsə də, aktrisanın valideyni buna məhəl qoymayıb.
Nəşr bildirib ki, bir müddət öncə “Fenty Entertainment” şirkəti müştəri cəlb etmək üçün aktrisa ilə əlaqəli olduğunu bildirib.
Rihanna atasını və onun tərəfdaşlarını vicdansız reklamda və və şəxsi həyata müdaxilədə ittiham edir.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub