Əməkdar artist Röya Ayxanın İnstaqramda 20 Yanvar faciəsi ilə bağlı etdiyi paylaşım qalmaqala səbəb olub.
Müğənni sosial media hesabında "Mənim üçün bu gün unudulmur, çünki canlı yaşadım, atamın qollarını qanlı gördüm. Unudulmazdır, çünki neçə ailə başsız qaldı. Oxuduğum hər sevgi hekayəsində İlhamla Fərizə var idi, qərənfil o gündən çiçəklərin ən gözüyaşlısı oldu” sözlərini yazıb.
Lakin ifaçının yazısında hərf səhvinə yol verərək, "Fərizə” sözünü "Fəridə” yazması sosial şəbəkə istifadəçilərini qıcıqlandırıb. Onlar Röyanın adı səhv yazmasını qınayıblar.
Ayxan isə onları cavabsız qoymayaraq İnstaqramın "Story” hissəsində izləyicilərə cavab verib:
"Rəylərdə hərf səhvinə görə əziyyət çəkmisiniz, amma onu yazarkən həyəcandan bir neçə söz səhv yazılmışdı. Onu qoyaq kənara, çünki səhv tutanların həyat səhvləri əlindən parka uşaqla çıxmaq olmur. Danışsaq, daha dərin olar, vedrələr daşır, fındıqlar çoxalır. Bəli, sizə idi sözüm, "ağıllızadə”lər”.
///Axşam.az


1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub