Sosial mediada Aygün Kazımova, Faiq Ağayev, Zülfiyyə Xanbabayeva və Samir Bağırovun birlikdə çəkildiyi video yayılıb.
Məşhurların 20 il əvvəl çəkilən bu görüntüləri böyük marağa səbəb olub. Belə ki, kadrlar ANS TV-nin "Salam" verilişi çərçivəsində çəkilib. Verilişin əsas mövzusu isə "ulduz xəstəliyinə" tutulan müğənnilər olub. Verilişin formatına görə, guya adları çəkilən müğənnilər 1 saylı xəstəxanada müalicə alırlar. Bundan başqa bir-biri ilə zarafat edən məşhurların bu görüntüləri izləyənləri üzündə təbəssüm yaradıb.
Onların ötən 20 il ərzində xeyli dəyişildiklərini kadrlardan görmək mümkündür. Verilişdən gülməli və maraqlı görüntüləri sizə təqdim edirik.