“Celentano Tribute Show” fevralın 13-də Heydər Əliyev Sarayında keçiriləcək konsertində tamaşaçıları sürpriz gözləyir. Bu barədə dünya şöhrətli aktyor və müğənni Adriano Çelentanonun “rəsmi əkiz” Maurizio Schweizer Bakı sakinləri və şəhərin qonaqlarına etdiyi müraciətində bildirib.
Qeyd edək ki, Bakıda ilk dəfə, sevgililər gününə özəl olaraq keçiriləcək təkrarsız İtaliya layihəsi Celentano Tribute Show nümayiş etdiriləcək. Kreativ layihələri ilə seçilən SUNAR Medianın təşkilatçılığı ilə reallaşan konsert proqramı əfsanəvi dünya ulduzu Adriano Celentanonun 80 illik yubileyi şərəfinə keçirilir.
Əfsanəvi Adriano Celentanonun ən sevimli xitləri və performansları Maurizio Schweizerin ifasında Azərbaycan tamaşaçısına təqdim olunacaq.
İstedadı və böyük əməyi sayəsində Maurizio öz tanınmış əkizinin obrazının bütün detallarını - səsini və hərəkətlərini inanılmaz bacarıqla təkrarlaya bilir. Celentano Tribute Show bir çox dünya ölkələrində konsert proqramı ilə çıxış edərək, tamaşaçıları valeh edir. Buna misal olaraq, Moskvanın Crocus City Hall konsert zalında keçililən unudulmaz şouları qeyd etmək olar.
Bundan başqa, şou ABŞ teatrlarında da böyük uğurla nümayiş etdirilir. Fransa, Ukrayna, İspaniya, Latviya, Türkiyə, Qazaxıstan, Almaniya, Mold Moldova və sair ölkələrdə də uğur qazanan şou indi Azərbaycanda geniş tamaşaçı kütləsinə ilk dəfə təqdim olunacaq.
Biletləri İtiket (on-line almaq üçün linkə tıklayın https://iticket.az/events/concerts/celentano-tribute-show/6191 ) və şəhərin bütün kassaları, eləcə də ASAN xidmət kassalarından almaq mümkündür.
1
İlham Əliyev 20 Yanvar şəhidlərinin xatirəsini yad etdi - FOTO
1004 dəfə oxunub
2
Metroda ölən 41 yaşlı Cavidin - FOTOSU
967 dəfə oxunub
3
Məşhur aktrisa bu xəstəlikdən əziyyət çəkir
959 dəfə oxunub
4
Həbsdən çıxan Elşad Xose danışdı: "Ötən gün..."
957 dəfə oxunub
5
Azərbaycanda alim vəfat etdi
935 dəfə oxunub