Bakıda ilk dəfə əfsanəvi dünya ulduzu Adriano Çelentanonun 80 illik yubileyi münasibəti ilə “Celentano Tribute Show” layihəsi təqdim olunub.
Mynews.az xəbər verir ki, Azərbaycan tamaşaçıları Heydər Əliyev Sarayında Çelentanonun ən sevilən hitləri və performanslarını Maurisio Şveyzerin (Maurizio Schweizer) təqdimatında dinləyiblər.
Yarım əsrdir Adriano Çelentano İtaliya şou və musiqisinin ən sevimli simalarındandır. Nə etməsinə baxmayaraq, o hər zaman izləyiciləri heyrətləndirməyi bacarır.
“Celentano Tribute Show” bir çox ölkələrdə konsert proqramı ilə çıxış edərək, tamaşaçıları valeh edir. Buna misal olaraq, hər ay Moskvanın Crocus City Hall konsert zalında keçirilən unudulmaz şouları qeyd etmək olar.
Qeyd edək ki, şou ABŞ teatrlarında da böyük uğurla nümayiş etdirilir. Fransa, Ukrayna, İspaniya, Latviya, Türkiyə, Qazaxıstan, Almaniya, Moldova və digər ölkələrdə uğur qazanan şou Azərbaycanda ilk dəfə geniş tamaşaçı kütləsinə təqdim olunub.
Konsertdən ən maraqlı məqamları sizə təqdim edirik:
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub