Heç vaxt həyatımda “mənəm-mənəm” deməmişəm. Belə şeyləri qəbul etmirəm. Ümumiyyətlə, “mən” sözündən xoşum gəlmir.
Mynews.az xəbər verir ki, bunu “Şöhrət” ordenli Xalq artisti, professor Səkinə İsmayılova deyib.
O qeyd edib ki, hər zaman sadəliyin, təvazökarlığın tərəfdarı olub.
“Bildiyiniz kimi, bir neçə il öncə ölkə prezidenti tərəfindən “Şöhrət” ordeni ilə təltif olundum.
O zaman da dedim ki, bu, təkcə mənim sənətimə, əməyimə verilən qiymət deyil, bu, bütün sənət adamlarına, muğam sənətinə, onun xiridarlarına verilən dəyərdir. Bunu təkcə özümünkü saymadım, həm də bütün sənət dostlarımınkı saydım. Çünki dediyim kimi, “mənəm-mənəm” deməkdən xoşum gəlmir, “mən” sözünü qəbul etmirəm. Əsl sənət, əsl sənətkarlıq sadəliyi sevir. Çalışmışam və çalışıram ki, daim belə olum”, - deyə S.İsmayılova əlavə edib.
O, qalmaqallardan, söz-söhbətlərdən uzaq olmağa çalışdığını və bunların, əslində, sənətə heç nə vermədiyini bildirib. Vurğulayıb ki, qalmaqallar, söz-söhbətlər onluq deyil.
Qeyd edək ki, S.İsmayılova 24 fevral 2016-cı il tarixində Azərbaycan muğam sənətinin inkişafında və təbliğində xidmətlərinə görə ölkə prezidenti İlham Əliyev tərəfindən “Şöhrət” ordeni ilə təltif edilib.
1
Bu gün I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçiriləcək
457 dəfə oxunub
2
Tanınmış musiqiçinin azyaşlı oğlu faciəvi şəkildə həlak oldu - FOTOLAR
447 dəfə oxunub
3
Sabahın hava proqnozu açıqlanıb
438 dəfə oxunub
4
Ebola böhranı dərinləşir: yoluxma və ölüm sayı artır
381 dəfə oxunub
5
BakıKart kartlarının qiyməti qaldırılır - Bu qiymətə olacaq
359 dəfə oxunub