Müğənni Afət Fərmanqızı ARB TV-nin efirində onu tənqid edən xalq artisti Flora Kərimovaya sərt cavab verib.
Mynews.az axşam.az-a istinadən xəbər verir ki, o, fikirlərini Kərimovanın "Qaynana” filmi üçün çəkilən vannadakı fotosunu İnstaqramda paylaşaraq yazıb:
"Bu xanım Faiq Ağayevə sənəti yoxdur dedikdən sonra məni tənqid etməyə başlayıb. Amma duet oxuyan vaxtı Faiq sənətkar idi. Əziz və hörmətli müğənnimiz, bu vannadakı şəklinizi görəndən sonra ağlım başımdan çıxdı. Bir də ayıldım ki, qəzəli hind melodiyası ilə oxumuşam. Qısacası, günah sizdədi. Siz bu vannaya uzanmasaydınız, mən də qəzəli o cür oxumazdım. Mənim belə şəklim olsa, vannamı başıma aşırtmışdınız”.
Qeyd edək ki, Flora Kərimova "Hüseynova bacıları” verilişində Fərmanqızına bu sözləri demişdi:
"O xanım böyük qəbahət etdi. Azərbaycan musiqisini, onun ləyaqətini ayaqlar altına atdı. Afət, sən özünə necə sığışdırırsan? Sən kimə sataşırsan, sənin qəhrəmanının, simanın dərisini soyurlar, sən isə belə oxuyursan”.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub