Xalq artisti Nazpəri Dostəliyeva özünü onun qardaşı qızı kimi təqdim edən və atasının təcavüzünə məruz qaldığını bildirən Pərvanə Dostəliyeva ilə bağlı açıqlama verib.
Mynews.az azxeber.com-a istinadən məlumatına görə, xalq artisti sosial şəbəkədə paylaşım edərək Pərvanəni qardaşının gənclik səhvi adlandıraraq bunları yazıb:
"Bir xalq artisti olaraq hər zaman ayağımdan dartmağa çalışanlar çox olub. Bu böhtanların üstündən hər zaman səbrlə keçmişəm və susmuşam. Videosu yayılan bu sərxoş qadın guya mənim qardaşım qızıdır və məni şantaj edir. Qardaşım Ağaların rəsmi nikahdan iki oğlu var. Qardaşımın gəncliyində ətrafında qızlar çox olub. Bu qız da, yəqin, qeyri-qanuni dünyaya gələn biridi. Çox təəssüf edirəm ki, qardaşımın gənclik səhvinə görə bu gün mən şantaj olunuram. Onun məni şantaj etməyinin səbəbi də bu qızın anasını və özünü qəbul etməməyim və yaxınıma buraxmamağımdır. Mən heç vaxt o qızı qəbul etməmişəm və etməyəcəm də. Ağlı başında olan bir qadın belə sözlər danışmaz. Onun danışdıqları cəfəngiyatdır. Ona görə də, onun sözlərini ciddiyə almıram”.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub