Sənət aləminin bir çox tanınmış siması yol qəzası zamanı dünyasını dəyişib.
Mynews.az Metbuat.az-a istinadən yol qəzasında ölən qəzada ölən yerli məşhurların siyahısını təqdim edir:
Müğənni Şəfa Hüseynova - 1975-ci ildə Qaraqoyunlu mahalının Qaraqaya kəndində anadan olub. 2005-ci il dekabrın 4-də avtomobil qəzası nəticəsində həlak olub. Şəfa “Geri dön” və “Sevgi qatarı” mahnıları ilə tanınıb.

Reper Hüseyn Dərya - 1975-ci il iyunun 29-da Bakının Bakıxanov qəsəbəsində anadan olub. 2014-cü il martın 14-də gecə saatlarında avtomobil qəzası keçirib. Martın 15-də səhər saatlarında 3 saylı Şəhər Klinik Xəstəxanasında dünyasını dəyişib.

Müğənni Rəcəb Musayev – Tamaşaçılar Rəcəbi “Yeni ulduz 2” müsabiqəsindən tanıyırdı. Yarışmanın qalibi olmuşdu. Mərhum müğənni 2011-ci il yanvarın 8-də yol qəzası keçirib. Ağır xəsarətlə 3 saylı xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Müğənni Leyla – Leyla da tamaşaçılara “Yeni ulduz” müsabiqəsindən tanışdır. O, eyni zamanda, “Əziz müəllimim” adlı məşhur mahnını ifa edən sənətçilərdən biri olub. Uzun müddət Rusiyada yaşayan Leyla, Bakıya qayıtmış və sənəti ilə məşğul olmağa başlamışdı. Gecə saatlarında evinə gedərkən avtomobili ilə qəza keçirib, dünyasını dəyişib.

Aktyor Ramiz Əliyev – Hər kəs onu “Çal-çağır” verilişində "Böyük xanım" rolu ilə tanıyırdı. Cəfər Cabbarlı adına İrəvan Dövlət Dram Teatrının aktyoru idi. 2003-cü il avqustun 17-də avtomobil qəzası zamanı dünyasını dəyişib.

1
Bu gün I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçiriləcək
457 dəfə oxunub
2
Tanınmış musiqiçinin azyaşlı oğlu faciəvi şəkildə həlak oldu - FOTOLAR
447 dəfə oxunub
3
Sabahın hava proqnozu açıqlanıb
438 dəfə oxunub
4
Ebola böhranı dərinləşir: yoluxma və ölüm sayı artır
381 dəfə oxunub
5
BakıKart kartlarının qiyməti qaldırılır - Bu qiymətə olacaq
359 dəfə oxunub