Əməkdar jurnalist Ləman Ələşrəfqızı Xalq artisti Məleykə Əsədovanı öz sosial şəbəkə hesabında sərt tənqid edib.
Mynews.az Bizimyol.info-ya istinadən məlumatına görə, jurnalist aktrisanı reklam çarxında yol verdiyi kobud səhvə görə qınayıb.
Belə ki, Xalq artisti özəl klinikalardan birini reklam edərkən ilbizlə müayinə üsullarından danışarkən, ilbiz sözünü iblis kimi tələffüz edib.
“Məleykə Əsədova hər əlində bir-iki ilbiz bir özəl klinikanı reklam edir. Axıra qədər də ilbizə iblis deyir. Və…sosial şəbəkələrdə bunu tirajlayırlar. Gərək bu xalq artistinə “İblis” tamaşasında bir rol versinlər. İblislə ilbizin fərqini anlasın. Onun reklamını yapanlara da o tamaşaya bilet satsınlar. Nə gündəsiz”.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub