Telejurnalist Elyar Sadıqovun yeni doğulmuş körpələri vəfat edib.
Mynews.az xəbər verir ki, Elyar Sadıqovun avqust ayının 13-də Respublika Perinatal Mərkəzində üçəmləri dünyaya gəlib. Dünyaya gələn üçəmlərdən ikisi vəfat edib .
İlk dəfə ata olan və saatlar sonra iki övladını itirən Elyar kədərini sosial şəbəkə hesabında status yazaraq belə ifadə edib:
"Həyat o qədər acımasız, o qədər qəddardır ki, bəzən nifrətim həyata olan sevgimi üstələyir! Axı niyə sınaqlar bitmir?! Valideyin sınağına çəkdin, dözdüm! Dözməliydim! Ayaqda durmaq üçün! Övlad sınağı çox olmadımı?! Deyirlər hər işdə bir xeyir var. Bəs mənim xeyrim nədir?! Amma bu sınaqdan da keçəcəm! Artıq ürəyim daşlaşıb! Hər cür sınaqlar, çətinliklər gördüm! Amma yenə yıxılmayacam! Ayaqda dik duracam! Sınaqlarındır məni gücləndirən! Sınmayacam! Buna əmin ol! Çünki sən, yeri-göyü yaradansan!"
Qeyd edək ki, vaxtilə ANS, Muz TV, Xəzər TV və ATV kanallarında çalışan Elyar Sadıqov hazırda ARB-də "Show News" proqramının müxbiridir.

1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub