"Tolik o gecə bir ana balanı necə qoruyur, məni elə qorudu". Bu sözləri Şəbnəm Tovuzlu Tolik haqqında deyib.
Mynews.az baku.ws-ə istinadla xəbər verir ki, populyar müğənni "Hər şey daxil" verilişində Tolikin illər öncə məclislərində onu qorumasından söz açıb:
"2006-cl ildı skripka ifaçısı Ramin Brilliant xanımla toylara gedən vaxtlarında məni Xızıya böyük bir banketə apardı. Getdim gördüm ki, Zamiq Hüseynov, Səidə Sultan da orada idi. Çox hörmətli, gözəl insanların məclisi idi. İlk dəfə Toliki orada gördüm. Arıq, balaca, sakit bir qız idim. Gecə dedilər, səhərə də məclis var, qalın.
Mən qorxdum, nə olursa olsun, evə qayıtmaq istədim. Tolik dedi ki, mən buradayam, qorxma. Ona sığındım, gecəni baş-ayaq yatdıq. Səhəri də özü məni Bakıya gətirdi. Onun fədakarlığını heç vaxt unutmaram. Hacıya da danışmışam. İlk dəfədir bu barədə danışmışam".
Tolik onun bu sözlərinə zarafatla cavab verib: "Sənə bir sirr açım, o vaxt sən Hacını tanımırdın, Hacı məni tanıyırdı. Səni mənə tapşırmışdı ki, bu qızdan muğayat ol, mən onu 10 ildən sonra alacam".
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub