Bu gün sosial şəbəkələrdə bir qrup şəxsin hovuzda aşıq musiqisinə etdiyi rəqsin videosu yayılıb.
Birmənalı qarşılanmayan görüntülər tənqidlərə məruz qalıb. Yerli mediada videonun toyda çəkildiyi, rəqs edən şəxslərin içkili olması ilə bağlı məlumatlar yayılıb.
Mynews.az xəbər verir ki, Axşam.az videoda saz ifa edən Aşıq Daşqın Gəncəli ilə əlaqə saxlayıb. O, görüntülərin toy məclisində qeydə alınmadığını deyib:
"Toy deyildi. Normal yığıncaq - "Ciyər axşamı” (Toydan bir gün öncə keçirilən məclis – red.) idi, özləri əylənirdilər. Heç kim kefli olmayıb. Ev sahibi nə nazir, nə deputatdır. Adi normal bir adamdır. Məclis Bakıda olmayıb, amma Azərbaycanın başqa bir ərazisində baş tutub. Burada böyüdüləsi ciddi bir problem yoxdur”.
Qeyd edək ki, sosial şəbəkədə D.Gəncəli haqda da belə bir şəraitdə aşıq musiqisi ifa etdiyi üçün tənqidlər yazılıb.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub