"Aydan qapalı qız idi. Şou-biznesdən uzaq olub. Deyirdi, toyumda şou-biznes olmasın. Bir Elton Hüseynəliyev, bir də Mətanət İsgəndərli oldu. Qız köçəri quşdur".
Bu sözləri rəqqasə Fatimə Fətəliyeva deyib. "5/5" verilişinin qonağı olan sənətçi qızı Aydandan danışıb. O, övladının toyuna sənət dostlarını çağırmamasının səbəbini açıqlayıb.
Fatimə qızına verdiyi cehizdən də söz açıb. Rəqqasə aparıcının "70 min getdi" sualına belə cavab verib:
"70 mindən çox etdi. Hər şey verdim, hələ də verirəm. Böyük şeylər - Roberto Cavalli kimi brendlər istəyir".
"100 min xərclədin" sualına isə Fatimə "Oldu... Kreditə də girdim. Hər şeyi övladım üçün edirəm" sözlərini bildirib.
Qeyd edək ki, Aydan Əkbər adlı şəxslə ailə qurub.
///Axşam.az
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub