ARB TV-nin “Elgizlə İzlə” verilişində əməkdar artist Gülyanaq Məmmədova ilə telefon bağlantısı yaradılıb.
Ailələrində itki baş verən əməkdar artist üzgün olduqlarını deyib:
“Qəza Yevlax ərazisində baş verib. Maşında bacımın yoldaşı və 4 gənc oğlan olub. Onlardan ikisi bacımın övladı, digər ikisi isə başqa qohumumun uşaqlarıdır. Uşaqların biri hal-hazırda yanımdadır, vəziyyəti yaxşıdır. Amma bacımın kiçik oğlunun səhhəti bir az ağırdır, əməliyyat olunmalıdır.
Çiyin sümüyündə problem var. Gənclərdən Turan adlı qohumum sabah əməliyyat olunacaq. Kürəkənimizə görə çox üzgünük. Gözəl insan idi. Onu həmişə özümüzə qardaş bilmişik. Heç kim bilmir sabah başına nə gələcək”.
Qeyd edək ki, Gülyaz və Gülyanaq Məmmədovanın digər bacısının həyat yoldaşı da avtomobil qəzası nəticəsində dünyasını dəyişib.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub