Azərbaycanın ən gözəl qızı o oldu - VİDEO - FOTOLAR

3830
Azərbaycanın ən gözəl qızı o oldu - VİDEO - FOTOLAR

"ADDIM"-ın Mədəniyyət Nazirliyi ilə birlikdə keçirdiyi gözəllik müsabiqəsinin nəhayət ki, qalibləri müəyyənləşdi.

Mynews.az azxeber.com-a istinadla xəbər verir ki, "ADDIM Gənclər Təşkilat"ın keçirdiyi ölkənin ən böyük və peşəkar yeganə gözəllik yarışması - "MissMr National Azerbaijan"ın final gecəsi baş tutub. 

Münsiflər heyyətində ukraynalı buker Vitalina Rozbitskaya, Gürcüstanda "Maximum"  model evinin sahibi İrina Çaxunaşvili, Moldovanın "Eurovision” təmsilçisi və Əməkdar artisti Olya Tira, türkiyəli kreativ direktor, stilist Erdi Şən, Əməkdar incəsənət xadimi Fəxriyyə Xələfova və millət vəkili Jalə Əliyeva yer alıb.

Final gecəsində 10 qız, 10 oğlan olmaqla 20 iştirakçı yarışıb. Finalçılar modelyer Kübra Nuriyevanın "Etnike”, türk dizayneri Gülər Baysalın çimərlik geyimləri kolleksiyası və ukraynalı dizayner Katerina Lukashukın məxsusi olaraq yarışma üçün hazırlandığı kolleksiyaları təqdim ediblər.  
Yarışmanın mükafat fondu 10 min AZN təşkil edib.

Qaliblər Emil Həsənzadə və Nigar Qədirliyə ölkə xaricində xüsusi kristallarla və svarovski ilə hazırlanmış qiymətli taclar təqdim olunub.
 
Qeyd edək ki, digər nominasiyalarda qalib olan gənclərin beynəlxalq yarışmalarda və beynəlxalq moda həftələrində iştirakını "ADDIM” Gənclər Təşkilatı öz üzərinə götürüb. 

Yarışmanın qalibi Nigar Qədirlinin fotolarını təqdim edirik:

 

 

 

 

 

 

Xəbər lenti