Gənc müğənni Üzeyir Mehdizadənin "Yaxşı olar” mahnısına çəkilmiş klip ötən il "YouTube” kanalına yüklənib və bu günə kimi klipə 100 milyon 300 min baxış olub. Bu rəqəm Azərbaycanda demək olar ki, rekord həddir.
Mynews.az azxeber.com-a istinadla xəbər verir ki, Azərbaycanda Üzeyir Mehdizadəyə birmənalı yanaşılmasa da, bəzi qonşu ölkələrdə onu çox sevirlər. Türkiyədə həmyerlimizin çoxsaylı fanatı var. Ötən il müğənninin Türkiyədə verdiyi konsertdən yayılan görüntülər hər kəsi şoka salmışdı. Həmin görüntülərdə müğənninin səhnəyə çıxarkən fanatları tərəfindən necə böyük coşqu ilə qarşılandığı, izdiham yaşandığı əks olunmuşdu.
Türkiyədən əvvəl Üzeyir Mehdizadə Rusiyada, Özbəkistanda da məşhurluq qazana bilib.
Yerli mətbuatda yayılan məlumata görə, müğənninin "O yana gedir, bu yana gedir” mahnısı telefon zənglərinə əlavə edilmək üçün gecə-gündüz özbək televiziyalarında reklam olunurmuş. Həmçinin, müğənni Özbəkistana tez-tez dəvət alır. Demək olar ki, o, Özbəkistanda toy aparan yeganə azərbaycanlı müğənnidir. Eləcə də Türkmənistanın sənətçiləri onun mahnıların müraciət edir, klip çəkdirirlər.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub