Fədayə Laçın ölkə.az-ın suallarını cavablandırıb.
Mynews.az həmin müsahibəni təqdim edir:
- Çox sevincliyəm. Nə deyə bilərəm ki? Gələnlər var, dostlar, jurnalistlər burdadırlar. Bu dəqiqə nə baş verdiyini, hansı hissləri keçirdiyimi anlamıram.
- Bacınız İlahə Fəda bildirmişdi ki, bu son iki gün geridə qalan iki ildən daha ağır keçdi.
- Son iki gündə çox həyəcanlı idim. Heç beş il cəza alanda bu qədər həyəcanlı olmamışdım. Amma son günlərdə mənimlə birlikdə saxlanılan qadınlar da yatmırdılar, saatları sayırdılar. Çox şükür ki ailəmə qovuşdum, sənətimə də qovuşacağam.
- Buna həyatınızın ən sevincli günü deyə bilərikmi?
- Əlbəttə, bundan sevincli günüm ola bilməz. Allah cəmi dustaqlara, azadlıq arzusunda olanlara bu günü qismət etsin.
- Yəqin ki, haqqınızda yazılanlar qulağınıza çatırdı...
- Bəli, az-çox eşidirdim. Mənə böyük dəstək olduğundan xəbərdaram. Mənə dəstək olan hər kəsə təşəkkürümü bildirirəm. Ailəmə istər maddi, istər mənəvi çox dəstək oldular. Tanımadığım insanlardann dəstək gördüm.
- Bildiyimə görə, noyabr ayı üçün toylara dəvətləriniz var.
- Bəli, bacıma zəng vurub deyiblər. O da deyib ki, Fədayə çıxsın, özüylə danışın. Əslində, oxumaq üçün ürəyim də partlayır. Amma istirahət etmək də istəyirəm. Kütlə qarşısında, sevənlərim üçün oxumaq istəyirəm. Ailəmlə bir az vaxt keçirdikdən sonra səhnəyə qayıdacağam.
- Sosial şəbəkələrdə ən çox verilən bir sual var. Sevdiyiniz insanın məzarını ziyarət edəcəksinizmi?
- Mən o barədə danışmaq istəmirəm.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub