Bakıda sevgilisi ilə birlikdə oğurluq edən meyxanaçı danışdı

856
Bakıda sevgilisi ilə birlikdə oğurluq edən meyxanaçı danışdı

Xəzər rayonu Binə qəsəbəsində yaşayan paytaxt sakini Rauf Abdullayev 3-cü Polis Bölməsinə müraciət edərək evdə olmadığı müddətdə mənzilindən televizor, elektrik avadanlıqları və digər məişət əşyalarının naməlum şəraitdə oğurlandığını bildirib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, bölmədə zərərçəkənin ifadəsi alınan zaman ona ümumilikdə 1202 manat maddi ziyanın dəydiyi məlum olub.

Xəzər RPİ-nin 3-cü Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini əvvəllər məhkum olunmuş Amid Əliyev və Yevlax rayon sakini Tehran Məmmədova saxlanılaraq istintaqa təqdim ediliblər Araşdırma zamanı hər iki şəxsin Binə qəsəbəsində ümumilikdə 10-a yaxın fərdi yaşayış evindən oğurluq etdikləri məlum olub. Onların yaşadıqları evə baxış zamanı oğurladıqları məişət əşyalarının bir qismi aşkar edilərək maddi sübut kimi götürülüb.

A.Əliyev və T.Məmmədova barəsində Xəzər Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 177.2.1 (oğurluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) və 177.2.3-cü (yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə) maddələri ilə cinayət işi başlanılıb və barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Bu şəxslərin qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa onlardan aidiyyatı üzrə Xəzər Rayon Polis İdarəsi və ya 3-cü Polis Bölməsinə müraciət etmələri xahiş olunur.

Qeyd edək ki Amid Əliyev Lənkəranda meyxanaçı kimi tanınır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti