"Ana itkisi nədir, indi bildim. O hissləri indi yaşadım. O qədər ağladım ki... İstəyirdim haradasa 5 il yaşasın". Bu sözləri onu 1 yaşından saxlayıb-böyüdən xalasını itirən Şəbnəm Tovuzlu deyib.
Mynews.az xəbər verir ki, müğənni "Hər şey daxil" verilişində itirdiyi anasından danışıb:
"Öz doğma anam Tamella rəhmətə gedəndən sonra anamın ailəsi məni atama verməyib. Məni anamın xalası Tərxanım və həyat yoldaşı həyatlarını mənə həsr ediblər, məni böyüdüblər. Onun öz övladı olmayıb. 1 yaşından onu görmüşəm. Heç kim deməsin xalası ölüb, mənim anam ölüb".
Şəbnəm danışarkən kövrəlib. Verilişdə vəfat edən Tərxanım ananın görüntüləri nümayiş edilib.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub