Müğənni Afət Fərmanqızı etdiyi açıqlama ilə izləyiciləri təəccübləndirib.
Mynews.az axşam.az-a istinadən bildirir ki, o, "Şou ATV" verilişində abort etdiyini açıqlayıb:
"Övladımın olmağından ötən ay vaz keçdim. İstəmədim. Düşündüm ki, bir az da zamana ehtiyacım var. Azca tərəddüd olursa, "olmaz"ı seçirəm. Hər şeydə eləyəm. Övladı da istəyirdim, imtina etdim. Bu yaşadək çox problemlər yaşadım. Bütün ailənin yükü mənim üzərimdə oldu. Özümü onlara qurban verdim. Oğlum dedi ki, sən də özünə həyat qur. Qarşı tərəf fikrimə hörmətlə yanaşdı. İstəyirdi ki, övladı olsun. Uşağı tələf etdirəndən sonra aramızda soyuqluq yarandı".
Onun bu açıqlamaları izləyicilər tərəfindən birmənalı qarşılanmayıb. Sosial şəbəkə istifadəçiləri müğənninin ünvanına tənqidlər və təhqirlər yazıblar. Bildiriblər ki, N.Ağamalıyevanın verilişində belə təbliğatın getməsi normal deyil.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub